Messi dünya çempionatının tarixinə düşdü

  • Müəllif: Firuzə
  • 22 İyun 2026 23:27

Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatının tarixinə düşüb.

Gununsesi.info xəbər verir ki, Avstriya yığmasına qarşı keçirilən oyunda fərqlənən hücumçu mundiallar tarixində vurduğu qolların sayını 17-yə çatdırıb. Bununla da o, Almaniya millisinin sabiq forvardı Miroslav Klozeni geridə qoyaraq dünya çempionatlarının bombardiri olub. Klozenin aktivində 16 qol var.

Gununsesi.info