38 yaşlı 2 uşaq atası özünü asdı - NÖVBƏTİ İNTİHAR XƏBƏRİ TOVUZDAN GƏLDİ

  • Müəllif: admin
  • 25 Avqust 2017 08:00

intihar

 Tovuzda intihar hadisəsi baş verib.

Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhərində yerləşən xəstəxananın qazanxanasında qeydə alınıb. Orada çalışan şəhər sakini 1979-cu il təvəllüdlü Namazov Aqil Qəzənfər oğlu özünü dəmir borudan asıb. Ona dərhal tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, A. Namazov iki övlad atası olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info