4 aylıq uşaq narkoman doğulub

  • By admin
  • 25 May 2017 15:24

5926c0200d454_4ayliq

Türkiyədə dəhşətli hadisə qeydə alınıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Narkotik istifadəçisi olan cütlüyün dünyaya gətirdiyi uşaq mediada geniş müzakirələrə səbəb olub.

Türkiyənin Antalya bölgəsində, narkoman cütlüyün körpələri də narkoman kimi doğulub. 3 il əvvəl tanış olan cütlük keçən il ailə həyatı qurub.

Narkotik maddələrdən istifadə edən cütlük bir neçə dəfə müalicə olunmağa təşəbbüs göstərsələr də, heç bir nəticəsi olmayıb.

Hamilə qalan qadın narkotik maddələrdən istifadə etməyə davam etdiyi üçün dünyaya gələn köpənin narkotik asılılığı olduğu müəyyən olunub.

Həkimlər ana südü vasitəsilə uşağın orqanizminə narkotik maddələrin getdiyini bildirib.

Hazır uşaq yeməklərini yeməyən 4 aylıq uşaq xəstəxanada nənə və babasının himayəsi altında ciddi müalicə olunur.

Gununsesi.info