Açıq-saçıq geyinən qadınlar kişilərin orucunu pozur?

  • Müəllif: admin
  • 25 May 2017 15:18

1 (1)

Bu il Ramazan ayı mayın 27-də başlayacaq. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs ayın başlanması ilə əlaqədar fətva verib, Ramazan təqvimini də açıqlayıb.

Təqvimə görə, Ramazan ayının Qədr gecələri iyunun 13-ü, 15-i, 17-si və 21-nə təsadüf edəcək. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Müqəddəs ayın təqviminin açıqlanması ilə ənənəvi müzakirələrə də start verilib.

Müzakirəyə çıxarılan məsələlərdən biri də açıq-saçıq geyimli birinə baxmağın oruc tutana günah yaratmasıdır.
Gununsesi.info xəbər verir ki, ilahiyyatçı Elşad Miri modern.az-a açıqlamasında məsələyə konkret yanaşıb. O bildirib ki, orucu batil edən məsələlər sırasında geyimlə bağlı fikir bildirilmir:

“Orucu pozan şeylər konkretdir: yemək, içmək və oruc vaxtı cinsi münasibətdə olmaq”.

E.Miri orucun dərk edilərək tutulmasının vacibliyini vurğulayıb:

“Oruc özünü qoruya bilməkdir, oruc nəfsini saxlamaqdır. İnsan nəyə görə oruc tutduğunu dərk etməlidir. Əsas meyar bu olmalıdır”.

Gununsesi.info