
Mayın 26-da kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start veriləcək.
Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, hazırlıq iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatına hesablanıb.
Belə ki, Boks Mərkəzində gündə 2 dəfə olacaq məşqlərdə 25 boksçu iştirak edəcək. Bakıda başlayacaq toplanış iyunun 3-də yekunlaşacaq. Ardınca millinin heyəti dəqiqləşəcək və komanda iyunun 4-də Ukraynaya yola düşəcək.
Qeyd edəkki, boksçularımız Avropa çempionatına hazırlığı yarışa ev sahibliyi edəcək Xarkovda başa vuracaq.
Anar
Gununsesi.info