4 namizədin şikayətinə baxıldı, 1 məntəqə ləğv edildi

  • By admin
  • 23 Fevral 2020 20:34

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 18 saylı Nərimanov-Nizami seçki dairəsindən 4 namizədin şikayətinə baxılıb.

Gununsesiaz.info-nun verdiyi xəbərə görə, onlar səsvermə zamanı çoxlu pozuntular olduğunu bildirərək həmin dairə üzrə nəticələrin ləğv edilməsini tələb ediblər. Səsvermə nəticəsində həmin dairə üzrə 10 saylı məntəqənin nəticələri etibarsız hesab edildiyi üçün ləğv edilib.

Dairə üzrə lider namizəd, keçmiş deputat Rasim Musabəyovdur.

 

 

Gununsesiaz.info