Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnikin Kiyevin danışıqlardan imtina edə və hərbi əməliyyatları davam etdirə biləcəyi barədə açıqlaması şantajdır.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik “Lenta.ru” ya bildirib.
Kolesnik bildirib ki, “Ukrayna şantajla məşğuldur. Bu, normaldır – Təhlükəsizlik Şurasını şantaj etmək. Beynəlxalq ictimaiyyət, xüsusən də avropalılar buna göz yumur”.
Siyasətçi qeyd edib ki, Kiyevin son hərəkətlərinə əsasən, hərbi əməliyyatları dayandırmaq niyyətində deyil. Parlament üzvü vurğulayıb ki, Rusiyaya kütləvi pilotsuz təyyarə hücumları davam edir.
O, Ukrayna Silahlı Qüvvələrinin “zəif bir ordu olmadığını və Avropaya zərbə endirəndə Rusiya kömək etməyəcəyini” bildirib.
Maqsud












