4 otaqlı ev kül oldu

  • By admin
  • 26 Noyabr 2016 18:52

fhn-yangin-sonduren

 

Samux rayonunda 4 otaqlı ev yanıb.

FHN-in mətbuat xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, Samux rayonu, Sərkar kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kvadrat metr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evə bitşik talvar yanğından mühafizə olunub. Yanğın söndürülüb.

 

Gununsesi.info