40 yaşlı kişi mübahisə zamanı bıçaqlanıb

  • By admin
  • 07 Mart 2018 08:00

Bakının Nəsimi rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, qanlı hadisə Azadlıq prospektində, Nəsimi bazarının yaxınlığında qeydə alınıb.

Məlumata görə, paytaxt sakini, 1980-ci il təvəllüdlü Kələntərov Xaliq Yusif oğlu bıçaqlanaraq 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Həkimlər ona 5 bıçaq xəsarətinin yetirildiyini müəyyən edib.

Hadisənin təfərrüatlarını Nəsimi polisi araşdırır. İlkin məlumata görə, X.Kələntərov Elmar adlı bir şəxslə mübahisə edən zaman bıçaqlanıb. Onun taksi fəaliyyəti ilə məşğul olduğu deyilir.

Gununsesi.info