40 yaşlı kişini bıçaqladılar

  • Müəllif: admin
  • 20 Dekabr 2017 08:10

Bakıda bıçaqlanma olub.

Gununsesi.info xəbər verir ki, insident paytaxtın Nizami rayonunda, “8-ci km bazarı”nın yanında qeydə alınıb. 1977-ci il təvəllüdlü Gözəlov Hatəm Əbülfəz oğlu kürək nahiyəsindən aldığı iki bıçaq yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. O xəstəxanaya qardaşı tərəfindən gətirilib.

Yaralanan şəxs bıçaqlayan şəxsi tanımadığını bildirib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Gununsesi.info