40 yaşlı qadın dumanlı havanın qurbanı oldu  - Masallıda

  • Müəllif: admin
  • 26 Mart 2017 12:39

piyada

 

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Masallı-Yardımlı yolunun 1-ci kilometrliyində “QazEL” markalı yük maşını yolu keçməyə çalışan 40 yaşlı qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

Qəza dumanlı hava şəraitində baş verib və sürücü yolu keçən piyadanı gördükdə artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info