400 İŞİD qurbanının meyiti tapılıb

  • By admin
  • 12 Noyabr 2017 10:05

ABŞ-ın İraqın Kərkük şəhərində yerləşən keçmiş hərbi bazasında İŞİD-in qurbanı olmuş 400 nəfərin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə İordaniyanın “Petra” agentliyinə Kərkük polisindən bildirilib.

Məlumata görə, öldürülən şəxslərin əksəriyyəti cavan və yaşlı kişilərdir.  Araşdırmalara başlanılıb.

Gununsesi.info