İŞİD-in baş ruhanisi məhv edildi

  • By admin
  • 12 Noyabr 2017 10:10

İŞİD müftisi (sünni təriqətində baş ruhani rütbəsi – red.) İraq Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürülüb .

Gununsesi.info xəbər verir ki, hadisə Rava şəhəri yaxınlığında qeydə alınıb. Məlumata görə, zərbələr nəticəsində İŞİD-in Anbar əyaləti üzrə müftisi Əbu əl Mühacir ölüb. Hücum nəticəsində onu müşayiət edən 2 terrorçu və bir neçə nəqliyyat vasitəsi məhv edilib.

İŞİD başçılarından biri olan Əbu əl Mühacir qruplaşmanın bölgədə fəaliyyətinə görə məsuliyyət daşıyıb.

Gununsesi.info