
Mayın 31-də Türkiyədə helikopter qəzasında şəhid olan qadın hərbçi Söngül Yakut həm də “FETÖ”-çülərin hədəfində olan hərbçilərdən biri imiş.
Gununsesi.info-nun FOX-a istinadən xəbərinə görə, 41 yaşlı S. Yakut 2013-cü ildə ordudakı “FETÖ”-çülər tərəfindən şərlənərək, “Balyoz” (“Çəkic”) əməliyyatı”nın qurbanlarından-zərədidələrindən birinə çevrilir.
Ancaq S. Yakut 3 il hüquq mücadiləsi apararaq, haqqını bərpa edir, bəraət alır və yenidən ordu sıralarına qayıdır.
41 yaşlı S. Yakut həmçinin Türkiyə Silahlı Qüvvələrində (TSQ) xidmət edən tək-tük qadın hərbçilərdən, eyni zamanda, yarbay rütbəsinə yüksələn çox az sayda xanım hərbçilərdən biri olub.
S. Yakut bu gün doğulduğu Malatya bölgəsində dəfb olunub.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info












