Goranboyda polis intihar etdi

  • By admin
  • 26 May 2020 09:46

Goranboyda intihar hadisəsi baş verib.

Gununsesi.org-un “Qafqazinfo”ya istinadən məlumatına görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı, Goranboy rayon Buzluq kənd sakini 25 yaşlı Məharət Nağıyev ötən gün evdən çıxıb və geri qayıtmayıb. Bu səbəbdən onun axtarışlarına başlanılıb.

Onun asılmış meyiti bu gün Goranboy rayon Yuxarı Ballıqaya kəndi ərazisində olan meşədə tapılıb. İntiharın ailə münaqişəsi səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org