Marşrut avtobusu ilə “Jek” işçisini vurub öldürdü

  • By Admin2
  • 25 Aprel 2026 12:11

Bakıda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə aprelin 24-ü saat 08 radələrində Sabunçu qəsəbəsinin ərazisində yerləşən körpünün altındakı keçiddə qeydə alınıb.

Paytaxt sakini 2001-ci il təvəllüdlü Ələşrəf Əliyev idarə etdiyi “Daewoo” markalı 10 TG 712 qeydiyyat nişanlı marşrut avtobusu ilə yolu keçən Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçisi paytaxt sakini 1960-cı il təvəllüdlü Firudin Hacıyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş F.Hacıyev orada ölüb.

Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

Gununsesi.info