42 min ədəd qaçaq siqaret aşkar olunaraq götürülüb

  • By admin
  • 22 İyul 2016 16:20

siqaret

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib. Gununsesi.info-ya Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı qurğunun nəzarət monitorunda avtomobilin yük yerində fərqli görünüşdə və formada naməlum predmetlərin olduğu müşahidə edilib.

Aavtomobilə keçirilən əsaslı baxış zamanı nəqliyyat vasitəsinin yük yerində – döşəmənin altında malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 42 min ədəd siqaret aşkar olunaraq götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Gülnaz Qənbərli