49 min sərnişin daşındı - BAYRAM GÜNLƏRİNDƏ

  • By admin
  • 08 İyul 2016 11:48

vagzal

 

Ramazan bayramında elan edilmiş qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzalından bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bayram günlərində, iyulun 5-i 706 reyslə 18 681 sərnişin, iyulun 6-sı 566 reyslə 16 750 sərnişin, 7 iyul tarixində isə 453 reyslə 13 613 nəfər sərnişin daşınıb. Digər günlərlə müqayisədə avtovağzalda ən çox sərnişin sıxlığı 5 iyul tarixində müşahidə olunub.

Ümumilikdə, Bakı Beynəlxalq Avtovağzalında 3 gün ərzində 1 725 reyslə 49 044 sərnişin daşınması həyata keçirilib.

Gununsesi.info