
Bu ilin sentyabrında Azərbaycanda 49 qida zəhərlənməsi faktı qeydə alınıb.
Gununsesi.info bildirir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya deyib ki, qida zəhərlənməsi nəticəsində 81 nəfər zərər çəkib. Ötən ay qeydə alınan 2 botulizm hadisəsi nəticəsində isə eyni sayda – 2 zəhərlənmə qeydə alınıb.
İ. Abdullayev qeyd edib ki, bu ilin 9 ayında Azərbaycanda qeydə alınan 520 qida zəhərlənməsi nəticəsində 773 nəfər zərər çəkib. Yanvar-sentyabr aylarında 29 botulizm hadisəsi nəticəsində 34 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsində 1 ölüm baş verib.
Gununsesi.info











