5 milyard ortada, 50 milyard da gözləyir - PUTİN DUNYANI TƏHDİD ETİ

  • By admin
  • 08 İyul 2016 18:01

rusiya

 

Rusiya 2016-cı ildə 4,6 milyard dollarlıq silah və hərbi texnika ixrac edib, sifarişlərin portfeli isə 50 milyard dollardan yuxarıdır. Bu barədə Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq məsələsi üzrə komissiyanın iclasında bildirib.

Gununsesi.info “Ria-Novosti”ya istinadən xəbər verir ki, Vladimir Putin, həmçinin Rusiyanın hərbi sənaye kompleksinin müəssisələrini digər ölkələrlə rəqabətin artmasına hazır olmağa çağırıb.

Qeyd edək ki, 2015-ci ildə Rusiya 14,5 milyard dollar həcmində silah ixrac edib. Bununla yanaşı, həmin il Rusiyanın silah ixracatında sifariş portfelinin göstəricisi 1992-ci ildən bu yana ilk dəfə olaraq 56 milyard dollara çatıb. Rusiya silahının əsas idxalçıları isə Hindistan və İraq kimi ənənəvi tərəfdaş ölkələr olub.