6 yaşlı bilib övladlığa götürdükləri qız 22 yaşında psixopat çıxdı

  • By admin
  • 25 Sentyabr 2019 20:56
ABŞ-da valideynlik haqqında kitablar yazan Kristina və həyat yoldaşı Maykl Ukraynada doğulan Natalia adlı qızı 2010-cu ilin may ayında övladlığa götürüb. Ancaq cütlük bir müddət sonra hadisələrin göründüyü kimi olmadığı barədə şübhələnməyə başlayıb və araşdırma zamanı Natalianın ən az 14 yaşında olduğu ortaya çıxıb.
Gununsesi.org xəbər verir ki, Kristina ” Davamlı olaraq ailə üzvlərini öldürmək, onları bir adyala büküb arxa bağçaya basdırmaq istədiyini deyir və bununla bağlı rəsmlər çəkirdi. Onu qəhvəmə yuyucu tozu kimi kimyəvi maddələr qoyarkən gördüm və nə etdiyini soruşdum. Mənə “səni zəhərləməyə çalışıram” deyərək cavab verdi” deyib.
Kristina medianın onu uşaq istismarçısı kimi göstərməyə çalışdığını, ancaq ortada bir uşağın olmadığını bildirib. Həkimlər isə sümük testi nəticəsində Natalianın 22 yaşında olduğunu anladıqlarını və gənc qızın yalnız böyüklərdə görülən ciddi bir psixoloji narahatlığa sahib olduğunu deyib.
Gununsesi.org