Nəriman Həsənzadənin vəfatından sonra Azərbaycanda həyatda olan Xalq şairlərinin sayı 3 nəfərə düşüb.
Hazırda ölkədə neçə Xalq şairi və Xalq yazıçısının yaşadığı ilə bağlı Azərbaycan Yazıçılar Birliyinə (AYB) sorğu ünvanlanıb.
AYB-dən sorğuya cavab olaraq bildirilib ki, hazırda 3 Xalq şairi və 6 Xalq yazıçısı həyatdadır.
Hazırda həyatda olan Xalq şairləri və Xalq yazıçılarının siyahısını təqdim edirik.
Xalq şairləri:
- Vahid Əziz – 80 yaş
- Sabir Rüstəmxanlı – 80 yaş
- Ramiz Rövşən – 79 yaş
Xalq yazıçıları:
- Anar Rzayev – 88 yaş
- Natiq Rəsulzadə – 77 yaş
- Kamal Abdullayev – 75 yaş
- Elmira Axundova – 73 yaş
- Afaq Vəliyeva – 69 yaş
- Çingiz Abdullayev – 67 yaş
Vüsal











