Vətəndaş Leo Bankın xidmətindən narazıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.
Vətəndaşın sözlərinə görə, ABB-dən Leo Banka kart köçürməsi edib, lakin köçürmə uğursuz olub. O, ABB-dən vəsaitin 3-4 gün ərzində geri qaytarılacağının bildirildiyini qeyd edib. Həmçinin Leo Bankın telefon zənglərinə və “WhatsApp” müraciətlərinə cavab vermədiyini iddia edib.
“Bu nə biabırçılıqdır? 3-4 gün pulsuz qalaq indi? Ay ABB, ay Leo Bank”, – deyə vətəndaş paylaşımında bildirib.
Afət












