644 nəfər prezident olmaq istəyir

  • By admin
  • 13 Aprel 2017 23:10

1492107740-5435

 

İranda prezident olmaq istəyənlərin sayı 644 nəfərə çatıb.

Gununsesi.info Azərtac-a istinadən xəbər verir ki, İran İslam Respublikası Seçki Komissiyasının katibi Əli Purəli Motləq seçkilərə namizədliklə bağlı 644 nəfərin qeydiyyatdan keçdiyini bildirib. Onlardan 21-i qadındır.

İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesi aprelin 11-dən başlanıb və 15-də başa çatacaq.

Seçkilər mayın 19-da keçiriləcək.

 

Gununsesi.info