7 min azərbaycanlı tələbə ABŞ-da təhsil alıb - SON 25 İLDƏ

  • By admin
  • 20 Oktyabr 2017 19:11

abs-azerbaycan

ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin davam etdiyi 25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “EducationUSA” təhsil yarmarkasında deyib.

Səfir qeyd edib ki, builki yarmarkada ABŞ-dan 11 müxtəlif tədris müəssisəsinin nümayəndələri iştirak edib.

Onun sözlərinə görə, azərbaycanlı tələbələr ABŞ-da əsasən incəsənət, xarici dillər, texnologiya, neft-qaz kimi sahələrdə təhsil alır.

Gununsesi.info