700 milyon manatlıq diri heyvan və heyvandarlıq məhsulları idxal etmişik - VAHİD MƏHƏRRƏMOV

  • Müəllif: admin
  • 24 Yanvar 2018 11:44

“2017-ci ildə ölkəyə 700 milyon 202 min manat dəyərində heyvandarlıq məhsulları idxal olunub”.

Gununsesi.info bunu kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmova istinadən xəbər verir.

V.Məhərrəmov qeyd edir ki, apardığı yarıtmaz siyasət nəticəsində heyvandarlıq məhv edilərək,idxaldan asılı vəziyyətə düşülüb: “2017-ci ildə Azərbaycana 63 milyon 128 min dollar dəyərində ət , 49 milyon 364 min dollar dəyərində kəsim üçün diri heyvanlar, 124 milyon 944 min dollarlıq süd məhsulları, 148 milyon 319 min dollar dəyərində heyvan və ya bitki mənşəli piylər və yağlar idxal olunub. Bundan əlavə başqa mal qruplarında adı çəkilməyən və ya təsnif olunmayan heyvan mənşəli məhsulların idxalı 442 min dollar, ətdən alınan hazır məhsulların idxalı isə 25 milyon 687 min dollar təşkil edib”.

Mütəxəssis deyir ki, bu qədər vəsait əcnəbi fermerlərin biznesini stimullaşdırıb.

Vüsalə

Gununsesi.info