Terror qurbanlarına maddi yardım ayrılmasına başlanılıb

  • By ilhame
  • 26 Mart 2024 21:09

“Crocus City Hall”da törədilən terror aktının qurbanlarından 52 nəfərin yaxınlarına ödəniş edilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə regionun sosial inkişaf naziri Lyudmila Bolataeva TASS-a açıqlama verib.

 

Nazir bildirib ki, qurbanların yaxınlarına ödənişlər edilməyə başlanılıb və bu proses mərhələli şəkildə davam edəcək.

 

Xatırladaq ki, bir nüçə gün öncə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “Crocus City Hall”da törədilən terror aktı nəticəsində həlak olanların yaxınlarına 3 milyon (55 500 AZN), yaralananlara isə 1 milyon rubl (18 500 AZN) ödəniləcəyini bildirmişdi.

Gununsesi.info