Çadda partlayış nəticəsində 7 hərbçi həlak olub

  • By ilhame
  • 26 Mart 2024 21:14

Silahlı qrupların fəaliyyət göstərdiyi Çad gölü bölgəsində mina partlaması nəticəsində 7 əsgər həlak olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Çad prezidenti Mahamat İdriss Debi İtno məlumat verib.

 

Onun sözlərinə görə, paytaxtdan təxminən 200 km şimalda Çad gölü əyalətinin Çuku-Telia şəhərində mina partlaması nəticəsində 7 Çad əsgəri ölüb, bir neçəsi isə yaralanıb.

 

Qərbi Afrikadakı ən böyük radikal islamçı terror qruplaşması olan “Boko-Haram” 2002-ci ildə Nigeriyanın şimalında yaranıb, tarixi bazası Borno əyalətidir.

 

2015-ci ildə Nigeriya Silahlı Qüvvələri “Boko-Haram”ı böyük məğlubiyyətə uğradıb və nəzarəti altında olan əraziləri xeyli azaldıb.

Gununsesi.info