Gürcüstan-Ermənistan sərhədinə gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb

  • By ilhame
  • 26 Mart 2024 21:02

Gürcüstan-Ermənistan sərhədinə gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb.

 

Gununsesi.info xəbər verir ki, buna səbəb qar fırtınası və görüntünün zəifləməsi olub.

 

Məhdudiyyət Koda-Partsxisi-Manglisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-110-cu km-dədir (Paravani aşırımı).

 

Həmin marşrutun 110-147-ci km-də ağır yük və oturacaq yeri 22-dən çox olan avtomobillərin keçidi qadağan edilib.

Gununsesi.info