Aqşin Fatehin restoranı bağlandı

Bakının Azadlıq prospekti 231 ünvanında fəaliyyət göstərən “By Fateh” restoranı bağlanıb. Dövlət Yanğın Nəzarəti Xidməti obyektdə apardığı yoxlamalar zamanı ciddi yanğın təhlükəsi aşkarlayıb. Fövqəladə Hallar Nazirliyinin qərarı ilə məşhur restoranın qapısı möhürlənib.

Müğənni və meyxanaçı Aqşin Fatehə məxsus bu məkanda əvvəllər də qanun pozuntuları qeydə alınıb. 2026-cı ilin əvvəlində restoranda müştərilərə saxta spirtli içkilər satıldığı üzə çıxıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi faktla bağlı inzibati protokol tərtib edib və keyfiyyətsiz məhsulların satışını qadağan edib.

Bundan əlavə, Aqşin Fateh ilə şəki Füzuli Alıyev arasında obyektin pay bölgüsü üstündə münaqişə yaranıb. Tərəflərin tərəfdarları məkanda kütləvi dava salıb və xəsarət alanlar olub. İfaçı davanı yatırmaq istəyərkən əlindən zədə aldığını, barmağının sındığını bildirib. Hadisə ilə əlaqədar cinayət işi açılıb və araşdırmalar məhkəmə müstəvisində davam edir.(qafqazinfo)