Türklər AŞPA-nın qarşısında aksiya keçirib

  • By Admin2
  • 25 İyun 2026 12:17

AŞPA binasının qarşısında Türkiyə vətəndaş cəmiyyət fəalları etiraz aksiyası təşkil edib.

Gununsesi.info xəbər verir ki, aksiyaya minlərlə insan qatılıb.

Sözügedən aksiyanın məqsədi Türkiyədə insan hüquqları sahəsində vəziyyətin pisləşməsi, hakimiyyətin CHP-də etdiyi çevriliş, Əkrəm İmamoğlunun həbsi və digər bir çox məsələlərə diqqət çəkmək olub.

Onlar “Ədalət, ədalət” şüuarları səsləndirib, hazırda Türkiyədə həbsdə olan siyasilərin adından yazılan plakatlar qaldırıblar.

Elmar

Gununsesi.info