Avropa Komissiyasının sözçüsü Balaz Ujvarinin sözlərinə görə, oxşar silahlar Avropa istehsalçılarından əldə edilə biləcəyi təqdirdə, Ukrayna Aİ vəsaitləri hesabına Amerika silahlarının alınmasına məhdudiyyətlərlə üzləşə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Avropa Komissiyasının Ukraynaya dronların alınması üçün ayırmağı planlaşdırdığı 5,9 milyard avronun istifadəsinə münasibət bildirən Ujvari, bu vəsaitlə Amerika silahlarının əldə edilməsinin yalnız Avropa müdafiə şirkətlərinin təklifləri olmadığı və Brüsselin təsdiqi ilə mümkün olacağını açıqladı .
“Ukraynanın istisnalar üçün müraciət etmək imkanı var; AK bunu nəzərdən keçirəcək, lakin təsdiqlənəcəyinə dair heç bir zəmanət yoxdur”, – deyə o qeyd edib.
Maqsud











