7 yaşlı uşağı “Qazel” vurdu

  • Müəllif: Firuzə
  • 25 İyun 2026 22:58

Göygöldə azyaşlını maşın vurub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun özündə qeydə alınıb.

İlkin məlumata görə, “Qazel” markalı yük avtomobili 2019-cu il təvəllüdlü K. Abbasovu vurub. Azyaşlı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Ona tibbi yardım göstərilib, müalicəsi davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info