8 ayda 52 avtobus qəzasında 25 nəfər ölüb-Etibar Əliyev

  • By admin
  • 08 Sentyabr 2016 15:15
avtobus
2016-cı ilin 8 ayında Azərbaycanda sərnişin daşıyan nəqliyyat vasitələrinin 52 yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, bunu  Baş Dövlət Yol Polisi İdarəsinin rəisinin müavini, polkovnik  Etibar Əliyev Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Yol hərətəki qaydaları” haqqında qanuna dəyişikliklər məsləsi müzakirə olunarkən deyib.
Onun sözlərinə görə,  bu qəzalar nəticəsində 25 nəfər ölüb, 85 nəfər isə yaralanıb. “Ona görə də, “Yol hərəkəti haqqnda” qanunda sürücülərə sürcülük vəsiqəsinin verilməsi ilə bağlı yeni qaydaların tətbiqinə ciddi ehtiyac var. Qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən daha təcrübəli sürücülər sərnişin daşıma nəqliyyat növlərində sürücülük edəcəklər. Bundan əlavə olaraq sərnişin daşıayacaq nəqliyyat növlərində işləyəcək şəxslər üçün Davranış Məcəlləsi  və qaydaları hazırlanıb. Buna uyğun olaraq xüsusi kurslar təşkil olunacaq ki, sürücülər sərnişinlər necə davranmalı, necə hərəkət etməlidir və sair. “Yol hərəkəti haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər də sSərnişinlərin daha təhlükəsiz mənzil başına çatdırılması, yol hərəkət qaydalarına riayət edilməsi və təhlükəsizliyin təmin olunması, yol-nəqliyyat hadisələrin qarşısının  və qəzaların azaldılmasına xidmət edir”-deyə, o bildirib.
Mürtəza Bünyadlı
Gununsesi.info