89 yaşında ata olan milyarder sirrini paylaşdı

  • By admin
  • 06 İyul 2020 20:22
Keçdiyimiz günlərdə 89 yaşında dördüncü uşağını qucağına alan  “Formula 1” in keçmiş sahibi Berni Ekklstoun cinsi gücləndiricilərə ehtiyac duymadığını və sadəcə D vitamini qəbul etdiyini dilə gətirib.
Gununsesi.org xəbər verir ki, dünyada bu yaşında övlad sahibi olan ikinci ən yaşlı adam olan britaniyalı milyarder gələcəkdə daha bir uşaq sahibi olmaq istədiyini söyləyib.
Qeyd edək ki, oğlan uşağı doğulan və  Petra (31 yaş), Tamara (36 yaş) və Debora (65 yaş) adlı 3 qızı olan Berni Ekklstoun 2017-ci ildə “Formula 1″i “Lyberty Media” ya satıb. Onun fəxri prezidentlik müddəti isə 2020-ci ilin yanvarında başa çatıb.
Gununsesi.org