“Avropa İttifaqının Türkiyə ilə daha çox əməkdaşlığa ehtiyacı var” - BORREL

  • By admin
  • 06 İyul 2020 20:11

“Avropa İttifaqının Türkiyə ilə daha çox əməkdaşlığa ehtiyacı var”.

Gununsesi.org-un xəbərinə görə, Türkiyədə səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi və Komissiya rəhbəri Cozep Borrell Ankarada keçirilən mətbuat konfransında belə bildirib.

Son dörd ayda Türkiyəyə ikinci səfərinin olduğunu deyən Aİ nümayəndəsi qeyd edib ki, səfərinin əsas məqsədi Türkiyə ilə Avropa İttifaqı arasında əməkdaşlığı daha da artırmaqdır.

 

C.Borrell gələn həftə Avropa Parlamentində və Aİ Xarici Əlaqələr Şurasında Türkiyənin Şərqi Aralıq dənizində rolu, Aİ ilə əlaqələri mövzularında toplantı olacağını vurğulayıb: “Bu toplantıdan öncə hər iki tərəfin mövqeyini öyrənmək, gərginliyi aradan qaldırmaq və münasibətləri normallaşdırmaq üçün burdayam”.

Komissiya sədri deyib ki, təkcə köç məsələsində deyil, viza, gömrük birliyi, Şərqi Aralıq dənizi, Suriya, Liviya mövzularında Türkiyə önəmli rol oynadığı üçün Aİ bu problemlərin Türkiyə ilə birgə həllində maraqlıdır.

Turizm məsələsində Aİ-yə üzv ölkələrin Türkiyəyə məhdudiyyət qoyması məsələsinə toxunan C.Borrell deyib ki,  Aİ ölkələrdə yeni növ koronavirusun vəziyyətini hər iki həftədən bir nəzərdən keçirir, kriteriyaya uyğun olan ölkələrlə sərhədlər açılır: “Türkiyədəki son duruma da baxılaraq bununla əlaqədar qərar veriləcək”.

 

 

Gununsesi.org