9-cu “zon”un rəis müavini niyə işindən qovulub?

  • Müəllif: admin
  • 17 Dekabr 2018 23:43

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinin tərbiyəvi məsələlər üzrə rəis müavini Azər Bağırzadə tutduğu vəzifədən qovulub.

Bu barədə Gununsesi.org-a Penitensiar Xidmətədki mənbələrdən bildirilib.

İlkin məlumata görə, Azər Bağırzadə məhkumlardan rüşvət tələb etdiyi üçün vəzifəsindən atılıb.

Məhbuslar arasında  Azər Bağırzadə müəssisədə tərbiyəvi işlər əvəzinə həm də məhkumlara işgəncə verməsi əməlləri ilə  tanınıb.

Xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətə telefon açsaq da zənglərimiz cavabsız qaldı. Məsələ ilə bağlı bu qurumun mövqeyini işqlandırmağa hazırıq.

Gununsesi.org