
9 yaşlı şahmatçı 3-cü dəfə Azərbaycan çempionu olub.
Gununsesi.info-nun xəbərinə görə, Fərid Asif oğlu Orucov bir sira Beynəlxalq turnirlərin qalibi, o cümlədən Naxçıvan open Beynəlxalq turnirinin və Vüqar Həşimov turnirlərinin qalibidir.
O Avropanin üçüncüsü, Ruminiyada keçirilən Dünya Çempionatının ikincisidir. Azərbaycana medal gətirən şahmatçıdır. Fəridin 9 yaşı olsa da, 12 yaşlı oğlanlar arasında qalib olub. 2017-ci ildə üçüncü dəfə Azərbaycan çempionu olub. O, Təhsil Nazirliyi tərəfindən ilin ən yaxşı idmançısı fəxri fərmanı ilə təltif olunub.
Qeyd edək ki, F.Orucov 2008-ci ildə Bakıda anadan olub. 5 yaşından şahmatla məşğul olur. İlk dəfə 5 yaşında Sumqayıt çempionu olub. O, Sumqayıtın şahmat məktəbinin adını ucaldır, Vüqar Bayramovun tələbəsidir.
Gülnaz Qənbərli
Gununsesi.info












