
Qarabağda erməni müddətli hərbi qulluqçular döyüş mövqelərində mühəndis işləri apararkən partlayıcı qurğu partlayıb.
Məlumatı Ermənistan İstintaq İdarəsinin nümayəndəsi Sona Tuzyan da təsdiqləyib.
Gununsesi.info azvision.az-a istinadən xəbər verir ki, fevralın 28-i baş verən hadisə nəticəsində 3 nəfər məcburi hərbi qulluqçu müxtəlif dərəcəli qəlpə bədən xəsarətləri alıb.
Onlar dərhal hospitala aparılıblar.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Gununsesi.info











