Malayziyanın Şimali Koreya ilə münasibətləri daha da gərginləşir - SƏFİRƏ ÖLKƏNİ TƏRK ETMƏK ÜÇÜN 48 SAAT VAXT VERİLDİ

  • Müəllif: admin
  • 04 Mart 2017 18:44

malaziya simali koreya

Malayziya Şimali Koreyanın Kuala Lumpurdakı səfiri Kanq Çolu persona non qrata elan edib.

Gununsesi.info Publika.az-a istinadən xəbər verir ki, şimali koreyalı diplomata Malayziyanı tərk etməsi üçün 48 saat vaxt verilib.

Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın Kuala Lumpur hava limanında sui-qəsd nəticəsində zəhərlənərək öldürülməsindən sonra iki ölkə arasında pozulan münasibətlər daha da gərginləşib.

Malayziya XİN-dən verilən açıqlamada bildirilir ki, sui-qəsdlə bağlı araşdırmada yerli hüquq-mühafizə orqanlarının fəaliyyətinə şübhə etdiyi üçün səfir arzuolunmaz şəxs elan edilib.

Gununsesi.info