
Türkiyənin keçmiş Baş Qərargah rəisi, general Yaşar Büyükanıt xəstəxanaya yerləşdirilib.
Musavat.com-un məlumatına görə, Yaşar Büyükanıtın infarkt keçirdiyi, Sultan Abdulhamid xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir. Generalın həyat yoldaşı Filiz Büyükanıt Türkiyənin sozcu.com saytına açıqlama verib.
O, qeyd edib ki, həyat yoldaşının heç bir xəstəliyi olmayıb, onun vəziyyəti birdən pisləşib və dərhal xəstəxanaya çatdırılıb: “Bu gün reanimasiyada qalacaq, sabah isə palataya yerləşdiriləcək. Yaşar Büyükanıtın halı gözlənilmədən pisləşdi və nə edəcəyimizi bilmədik. Əl-ayağımız bir birinə dolaşdı. Hazırda mən də xəstəxanadayam”.











