“Cocuq Mərcanlıdan Şuşaya” layihəsinə start verilib – MƏLAHƏT İBRAHİMQIZI- FOTOLAR

  • Müəllif: admin
  • 13 Mart 2017 10:24

mila-cocuq-1

YAP Nəsimi rayon təşkilatının təşəbbüsü  və Gənclər Birliyinin təşkilatçılığı ilə   martın 13-də “Cocuq Mərcanlıdan Şuşaya” layihəsinə start verilib.

Bu haqda Gununsesi.info-ya millət vəkili Məlahət İbrahimqızı məlumat verib.

Millət vəkili bildirib ki,  YAP Nəsimi rayon təşkilatı və hakim partiyanın YAP Gənclər Birliyinin  üzvləri  Cocuq Mərcanlıda aparılan quruculuq işlərində  könüllü inşaat dəstəsi kimi  fəaliyyət göstərəcəklər.

Layihənin koordinatorları isə  YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili M. İbrahimqızı və  YAP Gənclər Birliyinin sədri  Seymur Orucovdur.

“Layihənin ilk mərhəsinə bu gündən start verilib.  Belə ki,layihə çərçivəsində  ilk mərhələdə  ağacəkmə kampaniyası həyata keçiriləcək. Daha sonra N saylı hərbi hissədə əsgərlərlə görüş olacaq”- deyə, o, bildirib.

mila-cocuq-2

Gülnaz Qənbərli

Gununsesi.info