
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin apreldə Bakıya reallaşacaq səfərində tranzit-nəqliyyat sahəsində sənədlərin imzalanması nəzərdə tutulur.
Bu barədə Gununsesi.info-ya Qazaxstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Səfilrikdən bildirilib ki, Qazaxstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri aprelin birinci yarısında reallaşacaq.
“Səfər aprel ayının birinci yarısına planlaşdırılsa da, hələlik dəqiq tarix bəlli deyil. Hazırda həm səfərin tarixi, həmdə səfər proqramı üzərində iş gedir”- deyə, səfirlikdən bildirilib.
Səfər zamanı iki ölkə arasında əsasən tranzit-nəqliyat sahəsində əməkdaşlığın inkişaf etdidilməsi və bu məqsədlə birgə laiyəhlərin icrası ümzakirə ediləcək.
Odur ki, Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı tranzit-nəqliyyat sahəsində iki mühüm sənədin imzalanması gözlənilir. Bunlardan biri “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti ilə Azərbaycan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti arasında strateji əməkdaşlığa və birgə şirkətin yaradılmasının əsas prinsiplərinə dair razılaşmadır.
Bununla yanaşı, beynəlxalq avtomobil nəqliyyatı, müəllif və birgə hüquqların qorunması, ekologiya, iki ölkənin xarici siyasət idarələri arasında əməkdaşlığa dair proqram və bir sıra digər razılaşmaların imzalanması gözlənilir.
Mürtəza
Gununsesi.info












