Naftalanda avtomobil piyadanı vurub

  • Müəllif: admin
  • 14 Mart 2017 20:06

qeza-2

 

Naftalanda avtomobil piyadanı vurub.

APA-nın verdiyi məlumata görə, Naftalan şəhər sakini, 1985-ci il təvəllüdlü Hacıyev Anar İbrahim oğlu müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. A. Hacıyevin bildirdiyinə görə, o, yolu keçən zaman hələlik markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info