
Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski prezident olacağı halda bəzi deputatları güllələyəcəyini elan edib.
Gununsesi.info Rusiya mətbuatına istinadən məlumat verir ki, V. Jirinovski Dövlət Dumasında çıxışı zamanı Moskva vilayətinin Ruza şəhərində partiyasının deputatlarına edilən təzyiqlərdən danışıb:
“Bəzi deputatlar Moskva vilayəti rəhbərliyini, mafiozları, quldurları dəstəkləyir. Seçkilərdən sonra, gələn ilin martında Kremlə çıxanda, sizi asacağam və güllələyəcəyəm. Alçaqlar, yaramazlar!”
Daha sonra partiyanın parlament fraksiyası tam tərkibdə zalı tərk edib.
Gununsesi.info












