Pilot qadın qəzaya uğradı  - FOTO

  • Müəllif: admin
  • 24 Mart 2017 15:18

unnamed (8)

Türkiyənin Samsun şəhərində təlim təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Samsun On Doqquz May Universitetinin Aviasiya və Kosmos Texnologiyaları Araşdırma Mərkəzinin tələbəsi Ecenaz Kalyoncunun idarə etdiyi təlim təyyarəsi Samsun-Çərşənbə Hava Limanına eniş edərkən qəzaya uğrayıb.

Belə ki, qəza nəticəsində təyyarə yararsız vəziyyətə düşüb, pilot isə yaralanıb. Yaralı pilot dərhal xəstəxanaya yerləşdirilib.

Anar

Gununsesi.info