
Misirin keçmiş prezidenti Hüsnü Mübarək azadlığa çıxıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hüsnü Mübarək Qahirənin Maadi rayonundakı hərbi hospitalda müalicə alırdı. Eks-dövlət başçısı oranı tərk edərək evinə dönüb.
Xatırladaq ki, H. Mübarək 2011-ci ildə Misirdə baş verən inqilab nəticəsində devrilmişdi. Həmin vaxt həbs olunan Misirin keçmiş prezidenti 6 il həbsxanada qalıb.
Anar
Gununsesi.info












