Bavariyada avtovağzal partlayış təhlükəsi səbəbindən təxliyə edilib

  • Müəllif: admin
  • 24 Mart 2017 19:21

091b472b-3789-460e-a167-a9e54b415c23_292

 

Almaniyanın Bamberq şəhər mərkəzi avtovağzalında (Bavariya) avtobuslardan birində şübhəli əşya aşkar olunduğundan insanlar təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən N-TV telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Yuxarı Frankoniya regionu üzrə polis nümayəndəsinin sözlərinə görə, vağzalda təhdidlər səsləndirən və əşyaya aidiyyəti olan kişi saxlanılıb.

 

Gununsesi.info