“HƏMAS” liderlərindən biri öldürülüb

  • Müəllif: admin
  • 25 Mart 2017 07:05

hemas

Qəzza zolağında “HƏMAS”-ın liderlərindən biri öldürülüb.

Gununsesi.info-nun “Komsomolskaya Pravda”ya istinadən verdiyi xəbərə görə, naməlum şəxslər odlu silahdan bir neçə dəfə atəş açaraq Mazen Fukahanı qətlə yetiriblər.

Məlumata əsasən, o, 2011-ci ildə İsrail tərəfindən həbsxanadan buraxılaraq Qəzza zolağına göndərilib.

İsrail müdafiə ordusu hadisəni şərh etməkdən imtina edib.

Gununsesi.info