ABŞ etiraf etdi –  Biz vurduq

  • Müəllif: admin
  • 26 Mart 2017 18:29

mosull

 

ABŞ Ordusu İraqın Mosul şəhərini bombaladığını etiraf edib.

Gununsesi.info “BBC”yə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələri Komandanlığı artıq hadisə ilə bağlı araşdırmaların başladığını bəyan edib.

Hücumun martın 17-də həyata keçirildiyi bildirilib. Məlumatda qeyd edilir ki, avia zərbələrin yerli İraq qüvvələrinin tələbi ilə həyata keçirilib.

Şahidlərin sözlərinə görə, hava zərbələri nəticəsində dağılan evlərin altında yüzlərlə cəsədin olduğu vurğulanıb.

 

Gununsesi.info